Yanlış anladığımız 7 aforizm

1. “Din xalqın tiryəkidir”
Müəllif: Karl Marks

Kontekst: “Din məzlum insanın nəfəsdərməsi, onun daşqəlbli dünyada çarpan ürəyi, ruhsuz qaragüruhun ruhudur — din xalqın tiryəkidir. Dini xalqın aldadıcı xoşbəxtliyi kimi aradan qaldırmaq istəmək xalqın əsl xoşbəxtliyini tələb etmək deməkdir. Xalqın özünü aldadan bu xəyallardan illüziyalardan (dindən) vaz keçməsini istəmək, onun bu illüziyalara ehtiyac yaradan vəziyyətdən imtina etməsini istəməkdir. Beləliklə, dinin tənqidi onun ətrafında halə yaradan gözyaşları vadisinin mənbəyini tapıb tənqid etmək anlamına gəlir” (“Hegelin hüquq fəlsəfəsinə tənqidi”ndən. 1843-cü il)

Adətən başa düşülən məna: “Din xalqın başını dumanlandırmaq üçün vasitədir və bununla da təhlükəlidir” Müəllifin demək istədiyi: Marksın fikrincə, din müəyyən toplum və mədəniyyətlərdə insan tərəfindən yaradılan məfhumdur. Onun sosial orqanizmdə bəlli funksiyaları var.
Davamı →

Kamünün ölümü | Jan Pol Sartr

Altı ay əvvəl, hətta dünən, soruşurdular ki, “o, nə edəcək?” Sayğı duyulmalı ziddiyətlərlə yaralanmış halda müvəqqəti müddətə sükutu seçmişdi. Amma ağır-ağır keçən və seçdiyinə sadiq qalan nadir insanlardan olduğu üçün sükutunun sonunu gözləyirdik. Bir gün danışacaqdı. Onun deyəcəkləri haqqında ehtimallar irəli sürmək cəsarətini belə göstərmirdik. Amma hamımız kimi, dünya ilə birgə dəyişdiyini düşünürdük: bu, varlığının canlı qalmağına bəs edirdi.

Küsülüydük; inciklik – heç görüşəsi olmasaq da – boş şeydir; olsa-olsa, içində olduğumuz dar, balaca dünyada bir-birimizi gözdən qaçırmadan və birgə yaşamağın bir növü. Bu küsülülük onu düşünməyimə, oxuduğu bir kitab səhifəsinə, ya da bir qəzetə baxışını hiss etməyimə və öz-özümə “nə fikirləşir?”, indi bu dəqiqə “nə edir?” sualını özümə verməyimə əngəl törətmirdi. Hadisələrə və içində olduğum ruhi vəziyyətə görə, bəzən çox sıxıntılı, bəzən çox qəddar şəkildə ittiham etdiyim sükutu – istilik, yaxud işıq kimi, günün özəlliyi idi, insaniydi.
Davamı →

Ziyalının mövqeyi | Jean-Paul Sartre

Ziyalını ziyalı edən xüsusiyyət, yaşadığı dövrün gərçəklərinə və ziddiyyətlərinə qarşı ortaya qoyduğu mövqedir.

Ziyalı tənhadır, çünki o, heç kimin göstərişi ilə işləmir.

Onun ziddiyətlərindən biri də budur — başqaları azad olmadıqca azad olmayacaqdır.

Sistemin hər insandan oğurladığı xüsusi məqsədləri var və özgələşmə hakim sinfə qədər yayıldığından, bu sinfin üzvləri belə, qeyri-insani məqsədlər üçün, əsasən mənfəət üçün işləyirlər.

Elə isə ziyalı özü və başqaları naminə bu ziddiyətlərə qarşı savaşan hər kəsin yanındadır.

Ziyalının işinin sadəcə beyninə həkk olunmuş ideologiya olduğu düşünülə bilməz. Əslində bu, həm onun ideologiyasıdır, həm orta sinfin bir üzvü olaraq, onun həyat tərzidir, həm də burnunun üstünə qoyduğu və arxasından dünyaya baxdığı bir cüt filtrli şüşədir.
Davamı →

Herostrat | Jan Pol Sartr

Adamlara yuxarıdan baxmaq lazımdı. İşığı yandırıb pəncərənin qabağında dururam: onlar, hətta, özlərinə yuxarıdan baxmağın mümkün olacağından şübhələnirlər: üz tərəfin, bəzən də arxanın qayğısını çəkirlər, amma onların bütün biclikləri boyu bir metr yetmiş santimetrə çatanlara hesablanıb. Kimsə, tutaq ki, yeddinci mərtəbədən görünən silindrin hansı forma aldığı barədə fikirləşibmi? Sadə səhlənkarlıq üzündən öz çiyinlərini və kəllələrini alabəzək rənglərlə, parlaq parçalarla örtmürlər, bəşəriyyətin ən qüdrətli düşmənilə — dərinlik perspektiviylə mübarizə aparmağı bacarmırlar. Əyilirəm, məni gülmək tutur: bəs onların bu qədər fəxr elədikləri o məşhur “dik yeriş” hanı axı? Onlar səkidə yayılıblar, iki uzun yarısürünən qol-qıçları da çiyinlərinin altından sallanır.

Yeddinci mərtəbənin eyvanında – gör bütün ömrümü  harda yaşamalıyam. Mənəvi üstünlüyü maddi rəmzlərlə saxlamaq lazımdı, bunsuz o süqut eləyər. Yox,  o cür adamlar üzərində üstünlüyüm məhz nədən ibarətdi? Başqa bir şeydə yox, mövqe üstünlüyündə: mən öz içimdəki adamın çiyninə çıxıb ona tamaşa eləyirəm. Notr-Dam kilsəsinin qüləllərini, Eyfel, Sakr-Ker qüllələrinin platformalarını, Delambr küçəsindəki yeddinci mərtəbəsini ona görə sevirəm. Gözəl rəmzilikdi.


Ardı →

Tarixsiz səhifələr

Məncə ən yaxşısı qeydləri hər gün etməkdir. Gündəlik tutmaq lazımdır ki, məğzinə varasan. Heç bir xırdalığı, kiçik faktları  hətta onlar qeyri mümkün görünsələr belə itirməmək lazımdır,  ən başlıcası onları sistemləşdirmək lazımdır. Bu stolu, küçəni, tənbəki kisəmi necə görürəmsə eləyazmalıyam, çünki məhz BU dəyişilib. Bu dəyişikliyin ölçüsünü və xarakterini dəqiq müəyyən etmək lazımdır. 

 Məsələn elə bu karton qabı götürək, mən onun içində mürəkkəb qabarcıqlarını saxlayıram. Gərək çalışıb onu əvvəl və sonra necə gördüyümü müəyyən edəm. Bax bu fonda görünən düzbucaqlıparallelepiped… Boş şeydir, bu barədə danışmağa dəyməz. Məhz elə bundan qaçmaq lazımdır- ən kiçik qəribəliyin belə olmadığı nəyisə qəribə təsvir etməkdən. 
 

Ardı →